Alimlər yeni araşdırma - Nəticələr dəhşətə gətirir

Alimlər yeni araşdırma - Nəticələr dəhşətə gətirir
Digər 108

Alimlər Hind okeanının cənub hissəsində (Avstraliya materikinin cənub-qərbində) yerləşən Xerd adasındakı buzlağın sürətlə əriməsi ilə bağlı həyəcan təbili çalıblar.

BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Məlum olub ki, son 70 il ərzində adadakı buzlaq öz həcminin 25%-ni itirib. 1947-ci ildən 2019-cu ilədək adada temperatur 0,7°C yüksəlib, buz örtüyünün sahəsi isə 289 kv. km-dən 225 kv. km-ə qədər azalıb. Ən ciddi azalmanın Stivenson buzlağında müşahidə olunduğu qeyd edilir.

Qonşu Lourens yarımadasında isə buzlaqların sahəsi 10,5 kv. km-dən 2,2 kv. km-ə enib. Tədqiqatçılar vurğulayırlar ki, bu ərazilərdə yaşayan böyük pinqvin koloniyalarını və bioloji müxtəlifliyi qorumaq üçün istixana qazı emissiyalarının azaldılması vacibdir.

Son xəbərlər