Albert Aqarunovun komandiri: O, əsl tankçı idi və peşəsini çox sevirdi
Albert Aqarunov əsl tankçı idi və peşəsini çox sevirdi.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Albert Aqarunovun tank komandiri olmuş Ağababa Qasımov Milli Qəhrəmanın anım günü ilə bağlı təşkil edilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Albertlə tanışlığından danışan veteran tankçı bildirib ki, o çox bilikli və sadə insan idi: "Bir yerdə xidmət etmişik. Bir-birimizdən xəbərsiz orduya yazıldıq. 533 nömrəli tankın komandiri mən, tuşlayıcısı Albert oldu. Deyirdi ki, mən öz sözümü döyüş meydanında deyəcəyəm. Elə də oldu. Bizim tankı izləyirdilər, fürsət axtarırdılar ki, Alberti vursunlar. O vurulanda şəhid olduğuna inanmırdıq. Allah şəhidlərimizə rəhmət eləsin. 2020-ci ildə 44 günlük müharibədə həm Albertin, həm də bütün şəhidlərimizin qisası alındı. İndi bütöv Qarabağ bizimdir".
Oxşar xəbərlər
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsində 1467 namizəd uğur qazanıb. Bu barədə BAKU.WS-ə Məktəbə...