Ağadadaş Ağayev: "Qurban Qurbanovdan incimişəm, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim"
"Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm".
BAKU.WS xəbər verir ki, bunu "Futbolinfo"ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib.
O, bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb: "Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mən çıxış etmişəm. Doğrudur, ondan küsməmişəm, sadəcə, qardaş kimi bir az incimişəm. Qurban Qurbanov bu gün nəinki Azərbaycanda, hətta dünyada da tarix yazıb. Bu uğurun arxasında haradasa mənim də xeyir-duam var".
Sənətçi Qurban Qurbanovda inciməyinin səbəbini ona zəng etməməsi ilə izah edib: "Məni xatırlamır, zəng edib hal-əhval soruşmur. Mənim də işim çoxdur. Adam sevdiyindən umur, mən ondan umuram, uman yerdən küsərlər. Bunu ona irad tutmuram. O, mənim kiçik qardaşımdır. Bu gün avrokuboklarda ermənipərəst hakimlər "Qarabağ"ın oyunlarında qərəzli hakimliklə yadda qalırlar. Onların soyadları "yan"la bitməsə də, ermənilər kimi düşmənçilik edirlər. Yadınızdadır, avrokuboklarda "Bazel"lə oyunda top yarım metr qapı xəttini keçdi, amma hakimlər bunu görmədilər. Hələ biz Bakıda Marsel "Olimpik"i ilə oyunda "Qarabağ"ın vurduğu qoldan sonra Qurban Qurbanovun oyunçusunun əllə fərqlənməsini görüb qolu ləğv etdirməsindən danışmırıq. Alicənablıq budur! Qurbanov əsl xarakterdir. Mən Türkiyə mediasını izləyirəm, onlar "Qarabağ"ı tərifləyirlər.
Mən Qurbandan incikliyimi Musa Qurbanova da bildirmişəm. Musa mənə dedi ki, "Ağadadaş, sən haqlısan!" Mən Qurbanı çox sevirəm axı. Vallah, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim..." - A.Ağayev bildirib.
Oxşar xəbərlər
Erməni Apostol Kilsəsinin daha bir rəhbər şəxsinin həbs müddəti iki ay uzadılıb
İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb. BA...