ABŞ hərbçiləri Karib dənizində gəmiyə zərbə endirdi: Altı nəfər öldürüldü
ABŞ ordusu Karib dənizi hövzəsində narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbələr endirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Pit Heqset sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, əməliyyat zamanı gəmidə olan 6 nəfərin hamısı məhv edilib.
Pentaqon rəhbəri ABŞ Prezidenti Donald Trampın göstərişi ilə "Tren de Aragua" təşkilatına məxsus gəmiyə zərbələr endirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu qrup terrorçu təşkilat kimi tanınıb və narkotik alveri ilə məşğuldur.
Heqset əlavə edib ki, Qərb yarımkürəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan bütün qüvvələrə terrorçular kimi davranılacaq. Belə qrupların şəbəkələri, ayrı-ayrı şəxsləri izləniləcək və istənilən vaxt məhv ediləcək.
Oxşar xəbərlər
Azərbaycan Nyu-York Milli BMT Modeli Konfransında təmsil olunub
Kaliforniya Dövlət Universitetinin bir qrup tələbəsi dünyanın ən qədim və böyük universitetlərarası BMT Modeli konfransı olan illik Nyu-York Milli BMT Modeli Ko...