ABŞ-a məxsus iki F-35 qırıcısı Yaponiyada təcili eniş etdi
05
fev
2025
10:53
ABŞ ordusuna məxsus iki F-35 qırıcısı Yaponiyanın Ehime prefekturasında yerləşən Matsuyama Hava Limanına təcili eniş edib. Hadisə zamanı heç bir xəsarət alan olmayıb.
BAKU.WS xəbər verir ki, yerli rəsmilərin verdiyi məlumata görə, Yamaquçi prefekturasındakı İvakuşima Hava Bazasına aid təyyarələr yanacaq tükəndiyi üçün yerli vaxtla saat 12:05-də təcili eniş etmək məcburiyyətində qalıb.
Hadisə səbəbindən Matsuyama Hava Limanına enməli olan bir sərnişin təyyarəsinin gecikdiyi bildirilib. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Bu qidalar beyin damarlarının zədələyə bilər
Ultraemal olunmuş qidaların tez-tez istehlakının beyin damarlarında gizli zədələnmələrlə əlaqəli ola biləcəyi müəyyən edilib. Kanada alimlərinin araşdırmasına g...