Abdullah Öcalan tərəfdarlarına müraciət etdi: "Silahı yerə qoyun"
27
fev
2025
21:09
Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarına müraciət edib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Müraciəti Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Parti) nümayəndələri oxuyublar.
Öcalan tərəfdarlarını silahı yerə qoymağa və sivil yolla qurultay keçirərək, siyasi mübarizəyə qoşulmağa çağırıb.
O bəyan edib ki, PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir.
Oxşar xəbərlər
Döş xərçənginin ilk əlamətləri açıqlanıb
Döşün formasında, ölçüsündə və toxumasında baş verən dəyişikliklər xərçəngin ilkin əlamətləri ola bilər. Xüsusilə döşdə düyünlərin yaranması, toxumaların bərkim...