Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yeni rəis təyin edilib.
BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, Tağıyev Bəxtiyar İslam oğlu Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təyin olunub.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Qeyd edək ki, ötən gün Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyininin rəisi Cəbrayıl Eldar oğlu Xanlarov vəzifəsindən azad olunaraq, fövqəladə hallar nazirinin müavini təyin edilib.
Xatırladaq ki, Bəxtiyar Tağıyev ötən ilin dekabr ayında FHN-nin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsindən azad olunaraq, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini təyin edilmişdi.
Oxşar xəbərlər
Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb"
Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox,...