Şagirdlərin elektron yerdəyişməsi başlayıb
2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb.
BAKU.WS xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edir.
Yerdəyişmə www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
Qeyd edək ki, bu gündən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
Oxşar xəbərlər
İlon Mask Fransanın "son ümidi"ni açıqladı
Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen Fransanın "son ümidi"dir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu açe...