SİZİN REKLAM BURADA!
055 213 76 73


Çin hakimiyyəti yeni koronavirusa qarşı daha bir vaksinin klinik sınaqlarına sanksiya verib.

BAKU.WS azərtac-a istinadla xəbər verir ki, Çinin Elm və Texnika Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə koronavirus əleyhinə ümumilikdə üç vaksinin klinik sınaqları keçirilir.

“Onların arasında ən birincisi - adenovirus vektoru əsasında Çen Veyin rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanan vaksinin martın sonlarında ilkin klinik sınaqları başa çatdırılıb. Aprelin 9-da tədqiqatçılar klinik sınaqların ikinci fazası üçün könüllülərin qeydiyyatına başlayıb”, - deyə nazirliyin nümayəndəsi bildirib.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uhan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və qısa bir zamanda, demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib.

BAKU.WS