Alimlərdən VACİB MƏLUMAT: Bu vitamin immuniteti gücləndirir, xəstəliyə qalib gəlir

Dünyanın aparıcı mütəxəssisləri insanların immuniteti, sağlamlığı və koronavirus xəstəliyinin gedişatı arasında əlaqəyə dair vacib məlumat paylaşıblar.
BAKU.WS xəbər verir ki, bu barədə "Rossiyskaya Qazeta" məlumat yayıb.
Alimlər müəyyən ediblər ki, insan orqanizmində çox vacib bir vitamin var ki, onun olmaması koronavirusa yoluxmuş şəxsin xəstəliyini ağırlaşdıra bilər.
İrlandiyalı tədqiqatçılar təsbit ediblər ki, D vitamini tənəffüs yoluxucu xəstəliklərin, o cümlədən COVID-19-un qarşısını almaq, antibiotik istifadəsini azaltmaq və ümumiyyətlə immuniteti gücləndirmək baxımından mühüm rol oynayır.
Qeyd edək ki, D vitamini sinə infeksiyasının qarşısının alınmasında, xüsusən də yaşlılarda müsbət effekt yaradıb.
Müvafiq olaraq, insan bədənində bu vitamin kifayətdirsə, immunitet daha güclüdür, buna görə xəstəlik inkişaf etmək əvəzinə, geriləyir.
Xatırladaq ki, mayalanmış süd məhsulları və balıqlarda D vitamini çoxdur.
Oxşar xəbərlər
Koronavirus xəstələrini sağaltmış çinli professordan xəbərdalıq: BUNLARI YEMƏYİN! - MÜSAHİBƏ
Uhanda koronavirusla mübarizədə ön cərgədə yer alan Pekin Tibb Xəstəxanasının Tənəffüs şöbəsinin müdiri və Ağciyər Xəstəlikləri Araşdırma Mərkəzinin rəhbəri dok...
