SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur türk aktyor Kıvanç Tatlıtuğ koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, Tatlıtuğ özünü yaxşı hiss etmədiyi üçün karantinə alınıb.

Kıvanç Tatlıtuğ koronavirusun yayılması səbəbilə həyat yoldaşı Başak Tatlıtuğ ilə bağ evində istirahət edirdi.

Ancaq dünən gecə özünü yaxşı hiss etməyən məşhur aktyoru özəl xəstəxanaya aparıblar.

Xəstəxanaya yerləşdirilən Tatlıtuğda koronavirus olduğu güman edilir. 

BAKU.WS