SİZİN REKLAM BURADA!
055 213 76 73


İran 7-10 gün ərzində koronavirusa qarşı dərmanı istifadəyə verəcək.

BAKU.WS, publika.az-a istinadən xəbər verir ki, bu barədə Qida və Dərman idarəsinin rəhbəri Məhəmməd Rza Şanesaz açıqlama verib. O bildirib ki, dərman tamamilə yerli istehsaldır:

“Dərmanın testləri uğurla başa çatdı. Bəzi xəstələr üzərində test edildi və istifadəyə verilməsi üçün icazələr alındı”.

Qeyd edək ki, İranda koronavirusdan 600-ə qədər insan həyatını itirib. 20 mindən çox insan virusa yoluxub.

BAKU.WS