SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniyada COVID-19-a görə tətbiq olunan bütün səyahət məhdudiyyətləri ləğv edilir.

BAKU.WS-in AZƏRTAC-a istinadən məlumatına görə, Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps sosial media hesabında bildirib ki, martın 18-dən etibarən peyvənd olunmamış xarici turistlər üçün PZR testləri və bütün səyahət məhdudiyyətləri ləğv ediləcək.

Peyvənd olunanlar üçün isə bu qaydalar daha əvvəldən ləğv edilmişdi.

Lakin hava limanında və uçuş zamanı maska tələbinin hələ də davam edəcəyi gözlənilir.

BAKU.WS