SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın baş naziri İrakli Qaribaşvili koronavirusun “omikron” ştamına yoluxub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, İ.Qaribaşvili özünü yaxşı hiss edir və işini distant qaydada davam etdirir.

Xatırladaq ki, İ.Qaribaşvili ötən ilin aprelində COVID-19-a yoluxub. O, virus əleyhinə tam peyvənd olunub.

BAKU.WS