SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID 19) ölüb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 62 397 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 751 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 855 674 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 928 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 593 219 nəfər koronavirusdan sağalıb. 12,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 23 rayon qırmızı və 44 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır. Həmçinin 287 rayon sari, 94 rayon isə mavi zona hesab olunur.

BAKU.WS