SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə “xeberle.com”a Sumqayıt şəhər Səhiyyə Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, son bir neçə gündə yoluxma sayı xeyli aşağı düşüb, vəziyyət stabil olaraq qiymətləndirilir:

“Hazırda 1 saylı Sumqayıt şəhər xəstəxanasında 38 xəstə koronavirusdan müalicə alır, onlardan üçü reanimasiyadadır”.

Səhiyyə şöbəsindən verilən açıqlamada o da qeyd olunur ki, yoluxanlar əsasən son bir neçə həftə ərzində rayonlara səyahət edənlərdir:

“Toplanılan anemnizlərin nəticəsindən aydın olur ki, yoluxmanın aşkar edildiyi şəxslərin rayonlarımıza istirahətə gedib qayıtdıqdan sonra vəziyyətlərində dəyişiklik yaranıb və verilən analizlərin nəticələri pozitiv çıxıb”.

BAKU.WS