SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq sentyabr ayındayıq və bir müddət sonra payızın gəlişi ilə hava da soyumağa başlayacaq. İnsanlar pəncərələri bağladıqda istilik mövsümü başlayacaq, sakinlər qapalı məkanlarda daha çox vaxt keçirəcəklər, təbii olaraq virusa yoluxma çoxalacaq və xəstələnmənin səviyyəsi qalxacaq.

Təkcə koronavirusa yox, başqa respirator infeksiyalara da yoluxma çoxalacaq. Bu fikirləri artıq tez-tez eşitməyə başlamışıq, təbii olaraq insanlar da bu fəsillərdə xəstəliklərin çoxalması ilə əlaqədar daha çox özlərini qorumağa çalışırlar. Amma bu payız koronavirus bütün infeksion xəstəlikləri kölgədə qoyub. Artıq hərarətimiz artanda belə ağlımıza ilk olaraq qrip yox, koronavirus gəlir.

Mütəxəssislər hesab edir ki, yeni növ koronavirus infeksiyasının payız dalğası çox risklidir.

Doğrudanmı, oktyabr-noyabr aylarında yeni bir epidemiya dalğası gözlənilir?

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayevanın sözlərinə görə, payız-qış aylarında digər xəstəliklərlə yanaşı koronavirus infeksiyası da normal olaraq artacaq.

"Soyuq aylarda digər respirator infeksiyalarda da müşahidə olunduğu kimi saylarında artım müşahidə olunur. Sıx toplaşmaq, qapalı məkanlardan daha çox istifadə etmək... Yəni bu halların sayı artmış olur. Eyni zamanda həmin məkanlarda da yenə də soyuq hava şəraitindən asılı olaraq havalandırmanı gec-gec edirik. Bu da eyni mühitdə infeksiyanın miqdarının çoxalmasına gətirib çıxarır ki, nəticədə xəstəlik artmış olur" .

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Baku TV-yə açıqlamasında bildirib.

Elə bir müddət əvvəl TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da dünyanın koronavirusla bağlı payıza ciddi hazırlaşdığını qeyd etmişdi. "Bəs soyuq aylarda xəstəliklərin artmasını ikinci dalğa riski kimi dəyərləndirmək olarmı?" sualına isə mütəxəssislərin cavabı belədir; bunun ikinci dalğa olub-olmadığını yalnız o mərhələni keçdikdən sonra dəyərləndirəcəyik.

Bizə sadəcə soyuq aylarda özümüzü qoruyub, immunitetimizi yüksək tutmaq düşür. Yəni pandemiya dövrü bitənə qədər az, ya da çox, fərq etməz, risk həmişə olacaq.

BAKU.WS
VİDEO