Bütün ticarət obyektləri açılmalıdır - DEPUTAT
"Açığı deyim ki, bu dəfə iş yerlərinin açılacağını düşünürdüm. İş yerlərinin, “mall”lar və ticarət mərkəzlərinin böyük qisminin açılması əslində o qədər də problemli məsələ deyil".
Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
O, əlavə edib ki, burada əsas məsələ metro və avtobusların doğru tənzimlənməsidir: "İndiki vəziyyətdə metronun açılmasına imkan vermək olmaz. Eyni zamanda avtobusların sayı çoxalmalı və minik avtomobillərindən istifadə də artmalıdır.
Bütün hallarda sahibkarlar və vətəndaşların maraqları düşünülməli, onlara dəstək verilməli və 190 manatlar istisnasız olaraq qeydiyyatdan keçmiş hər kəsə ödənilməlidir. Gəlirdən məhrum olan sahibkarlara isə dövlət büdcəsindən ayrılan vəsait verilməlidir.
Təsəvvür edin ki, bir şadlıq evi fəaliyyət göstərmirsə, onun süpürgəçisindən tutmuş qabyuyan personalına qədər hamısı ağır vəziyyətdədir. Bu insanların heç bir gəlir yerləri yoxdur.
Düşünürəm ki, bütün ticarət obyektləri açılmalıdır. Lakin bunun üçün vətəndaşlar da qaydalara riayət etməli, maskadan istifadə etməli, ara məsafəsini gözləməli və gigiyena qaydalarına riayət etməlidir".
Oxşar xəbərlər
Vətəndaşlara ötən ay və bu ay 190 manat verilsin - AÇIQLAMA
"Həm keçən ay və həm də bu ay üçün 190 manatın verilməsi təmin olunmalıdır. Sahibkarlara da yüksək səviyyədə dəstək verilməlidir". Bu sözləri BAKU.WS-ə açıqlama...