SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” proqramının mayın 8-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:15-də XI sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat; 11:20-də X sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 12:20-də IV sinif - Azərbaycan dili, Musiqi, İnformatika-Rəqəmsal bacarıqlar; 12:45-də III sinif - Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:15-də II sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 13:40-da I sinif şagirdlərinə Riyaziyyat, Həyat bilgisi dərsləri olacaq.

Rus bölməsi üçün saat 14:00-da IV sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi, İnformatika-Rəqəmsal bacarıqlar; 14:45-də VIII sinif – Kimya, Biologiya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 15:30-da IX sinif - Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.

BAKU.WS