SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanda koronavirusla bağlı edilən testlərin sayı 5967-dir.

BAKU.WS-in məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Ümumilikdə edilən testlərin sayı 152597-dir.

Qeyd edək ki, bu gün koronavirusa 40 yeni yoluxma aşkarlanıb. Ümumilikdə ölkədə koronavirusa yoluxma sayı 1894, ölüm sayı 25-dir. Virusa yoluxan 1411 nəfər sağalıb.

Hazırda müalicəsi davam edən xəstələrin sayı 458-dir, onlardan 24-ü reanimasiyada, 8-i süni tənəffüs aparatına qoşulan xəstələrdir.

BAKU.WS