SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Respublikası tərəfindən, Prezident tərəfindən Azərbaycan vətəndaşlarına göstərilən qayğı və o cümlədən də karantin rejimi ilə əlaqədar qabaqlayıcı tədbirlərlə bərabər məsələnin sosial iqtisadi yükü var”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabienti yanında Operativ Qərargahın brifinqində işsizlərə veriləcək 190 manatın artırıla bilməsi ehtimalı ilə bağlı suala cavab verərkən deyib.

O deyib ki, bu və o cümlədən məşğulluq məsələlərilə əlaqədar dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlər var:

“Birincisi, işsizliklə əlaqədar məsələlər haqqında dünən Sosial Müdafiə Nazirliyi tərəfindən ətraflı şəkildə məlumat verildi, o cümlədən birdəfəlik ödənişlərlə əlaqədar.

Bütün bunların hədəfi vətəndaşlarımızın həyatına təsir edən sosial yüklərin aradan qaldırılmasıdır. Burada Azərbaycan dövlətinin vətəndaşların yanında olmasıdır.

Müəyyən çətinliklər var. İstəməzdim, prosesləri qabaqlayım. Bugünkü şəraitdə dövlət bu tədbirləri görür”.

BAKU.WS
VİDEO