Karantin rejimini pozan kafe qapadılıb

Karantin rejimini pozan kafe qapadılıb
Sosial 466

Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkar edilib və qaydalara əsasən fəaliyyəti dayandırılıb.

Həmin kafeni işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

Oxşar xəbərlər

Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 200 manat cərimə olunacaq - VİDEO

Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 200 manat cərimə olunacaq - VİDEO

Paytaxt polisi koronavirus təhlükəsi ilə bağlı vətəndaşların küçə və prospektlərdə, parklarda və digər ictimai yerlərdə kütləvi toplaşmasının qarşısını almaq mə...

10018 Sosial 15:55 29 mart 2020

Son xəbərlər