SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada iki yeni yoluxma faktı qeydə alınıb, iki nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 880 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 581 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 19 nəfərdir.

Ölkədə son sutka ərzində 651, hazırkı dövrədək isə 7 631 556 test aparılıb.

BAKU.WS
QALEREYA