SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 831 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 292 nəfər müalicə olunaraq sağalıb, 10 268 nəfər vəfat edib, aktiv xəstə sayı 98 nəfərdir.

Ölkədə son sutka ərzində 737, hazırkı dövrədək isə 7 604 359 test aparılıb.

BAKU.WS
QALEREYA