Azərbaycanda yenidən qapanmalar olacaq? - AÇIQLAMA - VİDEO

Son dövrlər ölkə ərazisində yoluxma sayında artımın müşahidə edilməsi ictimaiyyətdə, xüsusən də sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Vətəndaşları isə ən çox maraqlandıran sual yenidən qapanmaların və məhdudiyyətlərin tətbiq edilib-edilməyəcəyidir. Ekspertlər hesab edirlər ki, zərurət yaranacağı halda yenidən tədbirlər gücləndirilə bilər.
Müşahidələr göstərir ki, koronavirusa yoluxanlar xəstəliyi əvvəlkinə nisbətən daha yüngül keçirir. Kütləvi peyvəndləmə bu işdə özünü müsbət tərəfdən göstərib.
BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı "AZTV"yə danışan həkim-infeksionist Mədinə Abdullayevanın sözlərinə görə, qapanma üçün yaranan əsas şərt xəstəxanaya yatışların artması və tibb müəsisələrinin yüklənməsidir.
Hazırda isə belə hal yaşanmadığı üçün qapanma gözlənilmir. Təbii ki, xəstəliyin gedişatında dəyişiklik olarsa, qapanmaların tətbiqi istisna deyil.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama
Son günlər Azərbaycanda yoluxma sayının artması bir sıra sualları ortaya çıxarıb. Hamını narahat edən sual isə yenidən sərt karantin rejiminin tətbiq olunub-olu...
