SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 314 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 125, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 30 008 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 567 919, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 083 530, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 573 036, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 911 353 təşkil edir.

BAKU.WS