İcra başçısı peyvənd olundu
09
fev
2021
14:52
"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq Sumqayıt şəhərində də vaksinasiya prosesi davam edir.
Sumqayıt şəhəri İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, şəhərdə vaksinasiya prosesinin həyata keçirilməsi üçün 8 tibb məntəqəsi fəaliyyət göstərir.
Tibb məntəqələrində təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək 4 minə yaxın şəhər sakini peyvənd edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da bu gün COVID-19 əleyhinə peyvənd olunub.
Oxşar xəbərlər
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir? - RƏSMİ
“Yanvarın 18-dən başlayan vaksinasiya prosesi Azərbaycanın bütün regionlarında keçirilir”. BAKU.WS xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olaraq T...