SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda COVID-19 virusuna kəskin şəkildə yoluxma və ölüm halları qeydə alınır.

BAKU.WS xəbər verir ki, bununla bağlı rəsmi qurumlar da həyəcan təbili çalıblar.

Yoluxmanın qarşısını almaq üçün ölkə ərazisində müəyyən karantin qaydaları tətbiq olunur. Pandemiya fonunda ölkədə ikinci dəfə yoluxma hallarının baş verməsi hamını maraqlandıran məsələrdən biridir.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva buna aydınlıq gətirib. O bildirib ki, dünyada təkrar yoluxma halları heç 10-a çatmır:

"İkinci dəfə yoluxmanı bizim qeydə almağımız üçün, onu təsdiqləməyimiz üçün bunu sübuta yetirməyimiz lazımdır ki, həqiqətən, bu insan ilk dəfə xəstələnib, xəstələnəndə qanında müəyyən anticisimlər əmələ gəlib, onların miqdarı nə qədər olub və ikinci dəfə hər hansı bir səbəbdən test verərsə, pozitivlik aşkarlanarsa, o zamankı simptomları, o zaman üçün onun qanındakı immunitetin qoruyuculuğu, bunların hamısı araşdırıldıqdan sonra biz onu yenidən yoluxma faktı kimi təsdiq edə bilərik. Əslində, dünyada hazırda təsdiqlənmiş bir neçə, heç 10-a çatmır bu rəqəmlər ki, təkrar yoluxma faktı təsdiqlənib.

Dünyada 60 milyondan çox yoluxma faktı var. Bunların arasından bir neçə nəfərin təkrar yoluxma faktının qeyd olunması təhlükəli bir hal deyil. Biz hazırda əminliklə deyə bilərik ki, ikinci yoluxma halı hələ ki, mümkün deyil. 60 milyonun qarşısında ən azı əhəmiyyətli bir rəqəm olmalıdır ki, biz də bildirək ki, təkrar yoluxma halı mümkündür. Bu gün üçün bu, hələ ki, öz təsdiqini tapmayıb".

Orxan Hüseyn
BAKU.WS