Xankəndidə ilk solo konsert keçiriləcək
Xankəndi şəhərində bu gün ilk solo konsert təşkil ediləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki , konsertdə ifaçı tarzən Arslan Növrəsli olacaq.
Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri olan Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Azərbaycanın əməkdar artisti Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Azərbaycanın əməkdar artisti Kamran Kərimov müşayiət edəcək.
Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunması planlaşdırılır.
Konsert proqramının keçirilməsində məqsəd Qarabağda incəsənətin inkişafına və gənclərin musiqi yaradıcılığına dəstək olmaqdır.
Oxşar xəbərlər
Sabah Xankəndidə tibbi aksiya keçiriləcək
Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası noyabrın 27-28-də Xankəndidə ti...