Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiyanın bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
Gənclər İdman Nazirliyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sədrlik etdiyi muxtar respublikanın Şahmat Federasiyasının fəaliyyətini dayandırmasına münasibət bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Gənclər İdman Nazirliyinin (GİN) Mətbuat Xidmətinin rəisi Qabil Mehdiyev bildirib.
"Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə də daxil olub.
Bildiririk ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir. Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Milli Məclisə yeni avtomobillər alınıb
"Milli Məclisə xaricdən gələn qonaqların sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb". BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin...