Bakı metrosunda tüstülənmə olub: 25 dəqiqəlik interval yarandı
"Nizami" - "28 May" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib".
Bununla bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlama verib.
O bildirib ki, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik xətdən ayrılıb, FHN-in aidiyyəti qurumuna məlumat verilib:
"Nizami" stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb. Qatarların hərəkəti 25 dəqiqədən sonra bərpa olunub".
*** 10:37
Bakı metropolitenində problem yaranıb.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görünütlər daxil olub.
Qeyd edilib ki, 10 dəqiqədən çoxdur ki, qatarların hərəkət etmir.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 27.11.2024-cü il saat 10:00-dan etibarən qaz təc...