Azərbaycanda vəzifəli şəxs müəlliməni qaçırtdı
15
okt
2024
11:10
Gədəbəydə qızqaçırma hadisəsi olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Alim İsmayılov adlı şəxs rayon ərazisində müəllimə kimi çalışan qızı qaçırıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı A.İsmayılov Yevlax rayonu ərazisində saxlanılıb.
Qız ailəsinə təhvil verilib. A.İsmayılov barəsində Gədəbəy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.İsmayılov Gədəbəy Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisidir.
Oxşar xəbərlər
Sumqayıtın 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub
Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub. "Report"un yerli bürosu məlumat verir ki, Şəhər İcra Hakimiyyətinin qarşısında...