Azərbaycanda bu şagirdlər digər məktəblərə köçürüləcək
"Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib:
"Ucqar kəndlərdə dərs saylarının az olmasına görə, müəllim çatışmazlığı olur. Hazırda məktəb rasionallaşmasını buna görə aparırırıq ki, şagidləri daha yaxşı təhsillə təmin edək. Şagird sayı az olan məktəblərdə, yəni 1, 2, 3 uşaq olan məktəblərdəki şagirdlər digər məktəblərə daşınacaq".
Nazir qeyd edib ki, şagird sayı 100-dən az olan məktəblərin hər birinin rasionallaşdırılacağı yanlış fikirdir.
Oxşar xəbərlər
Sosial şəbəkədə təhqir və böhtana görə hansı cəzalar nəzərdə tutulub?
Sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı üçün platforma deyil, həm də ictimai-siyasi təsir və i...