Vasif Talıbovun qardaşının sədr olduğu federasiya da LƏĞV EDİLDİ
28
noy
2024
12:46
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini dayandırıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov idi. M.Talıbov muxtar respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır. Federasiya 2002-ci ildən fəaliyyət göstərirdi.
Xatırladaq ki, bir müddət əvvəl Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da ləğv edilmişdi.
Oxşar xəbərlər
Hərbi attaşelər "Azərkosmos"da olublar
Xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri Azərbaycanın Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar....