Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
24
okt
2024
20:36
Slovakiya Prezidenti Peter Pelleqrini bir neçə gündən sonra Azərbaycana səfər edəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Pelleqrini Azərbaycana səfər planları barədə Almaniyada jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakıda keçiriləcək danışıqlarda o, Slovakiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.
Pelleqrini əlavə edib ki, Azərbaycana qarşıdakı səfərini Almaniya kansleri Olaf Şolts ilə müzakirə edib.
Oxşar xəbərlər
Prezident "Lakeside" hotelində aparılan işlərlə və "Xizək klubu" binasının tikintisi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edil...