Lənkəran "Türk dünyasının gənclər paytaxtı" elan edilib
06
noy
2024
20:05
Lənkəran şəhəri "2024-cü ildə Türk dünyasının gənclər paytaxtı" elan edilib.
"Report" Bişkek Bəyannaməsinə istinadən xəbər verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Bişkek sammitinin yekunlarına əsasən, təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
Qeyd edək ki, təşkilata üzv ölkələrin liderləri sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsini təsdiqləyiblər.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə BAKU.WS-ə Müdafiə...