DYP piyadalara çağırış edib
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Müraciətdə bildirilib ki, hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır:
"Təhlillər göstərir ki, yağmurlu havada yolların sürüşkənliyi, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayına əhəmiyyətli dərəcədə təsir göstərir.
Bununla yanaşı, əksər hallarda piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində yol hərəkəti qaydalarına sözsüz əməl etməyə, yuxarıda sadalanan xüsusatları nəzərə alaraq, öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağa çağırır.
Oxşar xəbərlər
70 kiloqram qızılla Türkiyədə saxlanılan azərbaycanlı polkovnik-leytenantla bağlı TƏFƏRRÜAT
Türkiyədə 70 kiloqram qızılla saxlanılan, sonradan Bakıya çağırılaraq həbs olunan hərbi attaşe Qəhrəman Şamil oğlu Məmmədovla bağlı bəzi təfərrüat məlum olub. B...