Samuxda ağır qəza: İki nəfər həyatını itirdi
08
sen
2024
08:57
Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, "Hyundai" və "Lada-21015" markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan 1945-ci il təvəllüdlü Gilə Məmmədova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
1948-ci il təvəllüdlü Elxan Zülqədər oğlu Əhmədov da müalicə aldığı Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanada dünyasını dəyişib.
Oxşar xəbərlər
Bakıda avtomobil motosikleti vurub
Bu gün axşam saatlarında Bakının Binəqədi rayonunda avtomobil motosikleti vurub. APA xəbər verir ki, hadisə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi, "Elit"...