Biləsuvarda yeniyetmə "TikTok"da gördüyünü hazırlamaq istəyərkən ZƏHƏRLƏNDİ
01
yan
2025
21:18
Biləsuvarda yeniyetmə zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Biləsuvar rayonun Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyləri sayəsində yeniyetmənin həyati təhlükəsi aradan qalxıb.
Yeniyetmənin atası bildirib ki, övladı "TikTok" platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün "səs çıxaran" qurğu düzəltmək istəyib.
"Bu zaman bizdən xəbərsiz istifadə etdiyi "Net" təmizləyici vasitəsinin onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq".
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanın üç gəmisi heyətlə birgə GİROV GÖTÜRÜLÜB
Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Bakupost.az-a uzaq səfərlər kapitanı...