Türkiyənin bu ərazisində 7.8 bal gücündə zəlzələ baş verə bilər
Türkiyənin Mərmərə bölgəsində 7.8 bal gücündə zəlzələ baş verəcək.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) baş direktoru, professor Orhan Tatar bildirib.
O təbii fəlakətin yerin altına yığılmış 250 illik enerji nəticəsində baş verəcəyini deyib:
"1999-cu ildə baş verən İzmit zəlzələsi ilə 1912-ci ildə yaşanan Mürefte (Şarköy) zəlzələləri arasındakı ərazidə qırılma xətləri hələ də var. Burada hər il enerji yüklənməsi artır. Hər il bu qırılma xətləri 2.5 santimetr qərbə doğru hərəkət edir. Bu qırılma xətlərində elastiklik bitdiyi zaman zəlzələ baş verəcək. Burada 250 illik enerji yığılıb. Qırılma xətləri bu günə qədər 6-7 metr yer dəyişib. Türkiyədə son zamanlarda yaşanan zəlzələdə dəmiryolu əyilmişdi. Bu 7.2 baldan 7.8 bala qədər baş verəcək zəlzələ deməkdir" - deyə Orhan Tatar qeyd edib.
Oxşar xəbərlər
Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
Somalidən olan 22 qaçqın iki qayıqla öz ölkələrindən Hind okeanındakı Komor adalarına getmək istəyərkən həlak olub. "Report" xəbər verir ki, bu barədə Madaqaska...