Serdar Ortaç qumarda 10-15 ev, 11 mərtəbəli bina uduzub
Müğənni Serdar Ortaç "Serbest Vuruş" adlı yutub layihəsinə qonaq olub.
BAKU.WS xəbər verir ki, bir müddət əvvəl spirtli içkidən imtina edən sənətçiyə "Qumarda nə qədər pul itirdin" sualına verdiyi cavabı ilə gündəm olub.
Serdar Ortaç bildirib ki, qumarda 10-15 evini və 11 mərtəbəli binasını uduzub:
"Çox pul itirdim. Dəqiq rəqəm deyə bilmərəm. Bu günün pulu ilə eyni deyil. 10-15 ev itirdim. Hər yerdə evim var idi. Ali Sami Yen Stadiyonun yanında 10-11 mərtəbəli binam var idi. Ümumi rəqəmi bilmirəm. Sadəcə yaşadığım ev mənə qaldı. Bunun da borçları var. Olsun sağlamlığım getdi. O gəlsin".
Serdar Ortaç uzun illərdir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkir.
Oxşar xəbərlər
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib
Ermənistanın Kotaysk əyalətində kişi qumbara partlatmaq istəyib. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə Ptqni kəndində q...