Rusiyada məşhur hipermarketdə 6 nəfər bıçaqlanıb - ANBAAN GÖRÜNTÜ

Rusiyada məşhur hipermarketdə 6 nəfər bıçaqlanıb - ANBAAN GÖRÜNTÜ
Video
Dünya 107

Ruiyanın Sankt-Peterburq şəhərində məşhur "Okeya" hipermarketində insident baş verib.

BAKU.WS "BAZA" teleqram kanalına istinadən xəbər verir ki, 44 yaşlı Yuri Artemyev adlı şəxs mağazaya daxil olaraq əvvəlcə insanlara şampan şüşələri atıb, daha sonra isə bıçaqla onlara xəsarət yetirib.

Hadisə yerinə çoxsaylı təcili yardım və polis briqadaları cəlb edilib. İlkin məlumatlara görə, bıçaqlı hücum nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu və reanimasiyada müalicə aldığı bildirilir. Digər zərərçəkənlərin həyatlarına təhlükə yoxdur.

Yuri Artemyevin peşəkar qılıncoynatma mütəxəssisi olduğu məlum olub. Cinayətkarın hansı məqsədlə bu əmələ əl atdığı hələlik aydınlaşdırılmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Son xəbərlər