3600 illik ağaca niyə "Musa ağacı" deyirlər?
Türkiyədə, Hatayın Hıdırbəy rayonunda yerləşən çinar ağacını Həzrəti Musanın əkdiyi güman edilir.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən də ağac yerli xalq tərəfindən "Musa ağacı" kimi tanınır.
Gövdəsinin eni 7,5 metr, hündürlüyü 17 metr olması ilə bölgənin simvoluna çevrilən "Musa ağacı" təbii gözəlliyi ilə ölkənin hər yerindən gələn ziyarətçilərin diqqətini çəkir.
Zəlzələdən əvvəl ildə 150 min insanın ziyarət etdiyi çinar köhnə günlərdə olduğu kimi ziyarətçilərlə dolub-daşır.
Məhəllədə yaşayan Səlahəddin Yeter Kahramanmaraş və Hatay zəlzələlərindən sonra uzun müddət ziyarətçisi olmayan çinarın yenidən diqqət çəkməyə başladığını bildirib.
Qalereya
Oxşar xəbərlər
Pensiyaçıların ən yaxşı yaşadığı ölkələr
Pensiya alanlar üçün ölkələr dörd əsas xüsusiyyətə görə sıralanır. BAKU.WS xəbər verir ki, müvafiq olaraq, axtarılan meyarlar münasib qiymət, uyğun vergi mühit...