SİZİN REKLAM BURADA!
055 213 76 73


Audi Q7 Azərbaycan bazarında satılan rəqib modellərdən daha çox “təbiətin dostu”dur.

Azərbaycanlılar iri qabaritli avtomobilləri sürməyə daha çox üstünlük verirlər. Xüsusilə, son vaxtlar yığcam və tam ölçülü krossoverlərə böyük maraq var.

Hələ də bir çoxları elə bilir ki, krossover avtomobillər, mühərrikləri böyük olduğundan atmosferi də daha çox çirkləndirirlər. Bu yalnış yanaşmadır. Son zamanlar texnologiyanın inkişafı CO2 emissiyasını kəskin azaltmağa imkan verir.

CO2 emissiyası atmosferə karbon qazının buraxılmasıdır.  

Yüksək miqdarda karbon emissiyası nəticəsində yaranan turşular canlılara zərər verir. Karbon emissiyası qlobal istiləşmə prosesini sürətləndirir, gündüz ilə gecə arasındakı temperatur fərqi daha qabarıq olur, buzlaqlar əriyir. Buzlaqların əriməsi də dünyadakı su səviyyəsinin yüksəlməsinə səbəb olur.

Karbon emissiyasının azaldılması məsələsində ən böyük vəzifə, hökumətlər və şirkətlərin üzərinə düşür. Amma bizim də fərdi olaraq edə biləcəyimiz bəzi şeylər var. Atmosferi az çirkələndirən avtomobillərə yönələrək dünyamızı gözləyən fəlakətlərin baş verməməsinin qarşısının alınmasına dəstək verə bilərik.

“Marja” Azərbaycan  bazarında təklif olunan tam ölçülü krossoverlərin ən kiçik müərrikli versiyalarının rəsmi CO2 tullantı rəqəmlərini araşdırıb. Məlum olub ki, yerli bazarda təklif olunan tam ölçülü krossoverlər arasında havanı ən az çirkləndirən Audi Q7 modelidir. Əraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

YeriModelin adıCO2 tullantı, q/km
1.Audi Q7 2.0 L181-169
2.Mercedes GLE 450 4Matic 3.0 L190
3.Lexus RX 300 (2.0 L)196
4.VW Touareg – 3.0 L205
5.Porsche Cayenne 3.0 L210-207
6.BMW X5 (3.0 L)211
7.Hyundai Palisade  3.5 L231- 248
8.Jeep Grand Cherokee 3.6 L244
9.Toyota Prado 2.7 L 292
10Lexus GX 460 (4.6 L)303.4
11.Honda Pilot 3.0 LRəsmi məlumat yoxdur
12.Land Rover RRRəsmi məlumat yoxdur
13Nissan Patrul 4.0 LRəsmi məlumat yoxdur

Qeyd edək ki, ikinci nəsil Q7 modeli ilə Audi yeni standartlar təyin edir. Azərbaycanda Q7 modeli 53 min 900 avrodan başlayan qiymətlər ilə təklif olunur.
BAKU.WS