SİZİN REKLAM BURADA!
055 213 76 73



Babək prospektində geri dönüş nöqtələrində quraşdırılan siqnal dirəkləri sürücülərin narazılığına səbəb olub.

Nisbətən böyük maşınlar həmin nöqtələrdən çətinliklə geri dönür. Bu səbəbdən kiçik qəzalar da baş verir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, yolda avtomobili ilə geriyə dönmək istəyən sürücülər böyük çətinliklə üzləşir. Xüsusən böyük avtomobillərlə geri dönüş nöqtələrindən birdəfəyə dönmək mümkün deyil.

Prospektdə aparılan yenidənqurma işləri zamanı geri dönüş nöqtələrində təşkil edilən yol hərəkəti sürücülərə çətin anlar yaşadır.

Sözügedən problem sürücülərin haqlı narazılığına səbəb olub. Hətta çəkiliş zamanı dönmək istəyən sürücülərdən biri digər avtomobili vurub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, sürücülərin üzləşdiyi bu problem araşdırılacaq. Əgər həqiqətən problem olduğu təsdiqlənərsə, lazımi tədbirlər görüləcək.

BAKU.WS