SİZİN REKLAM BURADA!
055 213 76 73



Əmlak Məsələləri Dövlət komitəsi 07 noyabr 2017-ci il tarixdə hərraca 9 nəqliyyat vasitəsini çıxardacaq.

BAKU.WS Ölkə.Az-a istinadən xəbər verir ki, nəqliyyat vasitələrindən 4-ü KAMAZ-dır. Kamazların ilkin start qiyməti 4500-4680 manat arasında dəyişir.

Hərraca, MAZ-5549, Moskvich İJ-2715, UAZ-3303, Tofaş Şahin avtomobilləri də hərraca çıxardılacaq. Onların start qiyməti 450-1200 manat arasındadır.

Həmçinin hərraca Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin QAZ minik avtomobili də satışa çıxarılacaq. 1986-cı il istehsalı olan bu avtomobil 20 min manat start qiymətilə təklif olunur. Avtomobil 183852 km məsafə qət edib.

BAKU.WS