SİZİN REKLAM BURADA!
055 213 76 73



Sürətlə hərəkət edən minik maşını özündən dəfələrlə böyük borunu üzərində daşıyır. Evakuator isə götürə biləcəyindən daha böyük bir avtobusu daşıyır.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, hər iki görüntü eyni gündə Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində lentə alınıb.
Gəncə istiqamətində hərəkət edən "QAZ 31" markalı minik avtomobili uzunluğu təxminən 10 metrə yaxın olan 2 borunu maşının üzərinə qoyub, daşıyır və özüdə sürətlə hərəkət edə-edə.

Digər bir görüntüdə isə evakuator daşıya biləcəyindən daha böyük qabariti olan sərnişin avtobusunu aparır. Kadrlardan da açıq şəkildə görünür ki, sürücü digər yol hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Avtomobilərin üzərində olan yüklər hər an yolda düşə, arxadan və yandan hərəkət edən maşınlara təhlükə yarada bilər.

Expertlər isə bildirirlər ki, lentə alınan hər iki hal yükdaşıma qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Bunun üçün isə sürücüləri 40 manat məbləğində cərimə gözləyir.

BAKU.WS