SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yevlaxda yaşayan Kəlbəcər sakini Ruslan Nəbiyev lazımsız dəmir borulardan maraqlı minik vasitəsi hazırlayıb.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki,isifadə edilməyən boruları xüsusi alətlərlə əyib, əvvəlcə velosipedin 8 güşəli təkərlərini hazırlayıb. Daha sonra minik vasitəsinə əlavə dəyişikliklər edərək ramanı düzəldib.
33 yaşlı ustanın 1 ay vaxt sərf edib hazırladığı minik vasitəsi müasirlərdən çox yük götürmə və sürətinə görə seçilir.

Kəlbəcər sakini minik vasitəsinin hərəkət edərkən təkərlərində olan 8 güşənin daha çox diqqət çəkdiyini deyir. Ruslan Nəbiyev əl işini 1000 manat müqabilində sata biləcəyini də deyir.
O, gələcəkdə fərqli formalı fayton hazırlamağı planlaşdırır.
 
BAKU.WS