SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda fırıldaqçı peyda olub. Bu barədə BAKU.WS saytına Elnur Hüseyn adlı oxucumuz video göndərib. 

Videodan məlum olur ki, təxminən 25-30 yaşlarında cavan oğlan Zığ yolunda avtomobilləri saxlayaraq ailəsi ilə yolda qaldlğlnı və benzin almağa pulu olmadığını deyir. Bununla da sürücülərin ürəyinə yol taparaq onlardan müəyyən məbləğdə pul alır. Bu videonu sayta yollayan oxucumuz isə ona pul əvəzinə benzin almağı təklif edir. Bununla da gənc adamın fırıldağının üstü açılır. O, Elnur Hüseynin benzin təklifindən imtina edir.

BAKU.WS həmin dialoqu əks etdirən videonu təqdim edir: