“EuroHome”dakı yanğın zamanı oğurluq olub, 3 nəfər saxlanlıb

10
dek
2019
11:23
Bakı şəhəri, Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğın davam edərkən oğurluq hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, oğurluğa görə 3 nəfər saxlanılıb.
Qeyd edək ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub.
Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Oxşar xəbərlər
Şadlıq sarayının mühafizəçisi iş yerindən oğurluq etdi
Binəqədidə yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.Bu badərə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirili...